“Darıxmayın, sizi başa salacaqlar” — Ustanın pulunu verməyən deputat hədələdibackend

“Darıxmayın, sizi başa salacaqlar” — Ustanın pulunu verməyən deputat hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubalı deputat ustaların haqqını kəsib.

Demokrat.az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.

Belə ki, Qubanın deputatı Əlibala Məhərrəmzadənin evində, bağında, villasında,otelində işləyən bir neçə nəfər “Sitat.info”-ya şikayət ünvanlayıblar. İşi görüb bitiriblər, pullarını ala bilmirlər. İddiaya görə, deputat ustaların haqqını kəsib.

Jurnalist məsələ ilə bağlı deputata tam mədəni formada zəng edib, onun da fikirini öyrənməyə çalışıb.

O isə kobud cavab verərək, jurnalisti hədələyib. “Siz şikayət qəbul edənsiniz? Darıxmayın, sizi başa salacaqlar” deyə cavab verib.

Jurnalistə şikayət edən ustaya isə Qubada təzyiq göstərildiyi bildirilir.