İngiltərənin “Liverpul” klubu Almaniyanın “Laypzinq” klubu ilə qarşılaşıb. Editor.az “sporx” a istinadən xəbər verir ki, oyunda “Liverpul”un yeni oyunçusu Darvin Nunez meydanda əsl futbol şousu göstərib. “Liverpul”in Almaniya təmsilçisini məğlub etdiyi matçda 5 cavabsız topdan dördünü o, vurub. Əvvəlcə oyunda hesabı 8-ci dəqiqədə Muhammed Salah açsa da ikinci hissədə meydanda yalnız Nunez yadda qalıb. O, 48,51,68 və 90-cı dəqiqələrdə qol vuraraq ilk oyununda “poker”ə imza atıb.
//Nəzərbəy Hacığayev, Editor.az

