Daşkənddə beynəlxalq hava limanı yaxınlığında güclü partlayış baş veribbackend

Daşkənddə beynəlxalq hava limanı yaxınlığında güclü partlayış baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan paytaxtında – beynəlxalq hava limanı yaxınlığında güclü partlayış baş verib.

Editor.az Özbəkistanın “Nova24” nəşrinin məlumatına istinadən bildirir ki, insident hava limanının gömrük anbarında yerli vaxtla saat 02:55-də baş verib. Partlayışdan sonra güclü yanğın başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, böyük bir ərazi yanğına qərq olub. Yaxınlıqdakı evlərin şüşələri qırılıb, təcili yardım briqadaları hadisə yerindədir.

“Partlayış dalğası o qədər güclü olub ki, onu episentrdən təxminən 30 km aralıda Nuravşan sakinləri də hiss ediblər”, – “Nova24” bildirib. Partlayışın səbəbləri və qurbanların sayı barədə hələlik rəsmi məlumat yoxdur.

//Samir Qurbanov, Editor.az