Daşkənddən İstanbula uçan təyyarə yolda Ankaraya enib.
Editor.az bildirir ki, hadisənin təfərrüatlarını “Uzbekistan Airways” şirkəti açıqlayıb. Belə ki, ekipaj sərnişinlərdən birinin xəstələnməsindən sonra eniş qərarı verib.
Nəticədə təyyarə yerli vaxtla saat 10:30-da Ankaraya enib. Bu zaman onu hava limanında təcili yardım maşını gözləyirdi. “Yaxın vaxtlarda təyyarə təyinat hava limanına uçmağa davam edəcək”, – hava yolu şirkəti məlumat verib.
//Samir Qurbanov, Editor.az

