Daşkəsəndə dolu və qasırğalı küləklə müşahidə olunan hava şəraiti ciddi problemlərə yol açdı- FOTO/VİDEObackend

Daşkəsəndə dolu və qasırğalı küləklə müşahidə olunan hava şəraiti ciddi problemlərə yol açdı- FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoşqar çayının daşması nəticəsində Daşkəsən rayonun bir sıra kəndlərə ciddi ziyan dəyib. Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, ən ciddi problem rayonun Alxançallı kəndində müşahidə olunub. Sel suları kəndinin əsas avtomobil yolunu bağlayıb, hərəkət tamamilə məhdudlaşıb. Sel sularının təsirindən kənddə evlərin bir hissəsi uçub, çay daşqını təxminən 4 avtomobili aşırıb. İlkin rəqəmlərə əsasən qeyri-sabit hava elektrik, rabitə təsərrüfatlarına, kənd təsərrüfatı ilə bağlı əkin, kartofçuluq, arıçılıq sahələrinə və yaylaqlarda vətəndaşların çoxsaylı mal-qarasına ciddi ziyan vurub. Güclü leysan yağışları Çanaqçı, Suqovuşan və Almalı kəndlərində fəsadsız ötüşməyib. Dörd köpü tamamilə sıradan çıxıb.Çanaqçı kəndi və digər yaşayış massivlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib. Ümumilikdə 4 şəxsi avtomobili sel sularının axını aparıb. Artıq Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə dərhal komissiya yaradılıb.Artıq dəyən ziyanın nəticələrinin hesablanması və aradan qaldırması istiqamətində işlərə başlanılıb. Təbii hadisənin ciddi problemlərə yol açdığı kəndlərdə təhlükəsizlik tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunublar.