Daşqınlar səbəbindən İspaniyada ölənlərin sayı 200-ü keçdibackend

Daşqınlar səbəbindən İspaniyada ölənlərin sayı 200-ü keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada güclü yağışların səbəb olduğu daşqınlar 205 nəfərin həyatına son qoyub, onlardan 202-si şərqdəki Valensiya əyalətindədir.

Editor.az bildirir ki, bu barədə “El Mundo” xəbər verir. “İlkin məlumatlara görə, ölənlərin sayı 202-dir. Qurbanların axtarışı davam edir”, – Valensiya koordinasiya mərkəzi X sosial şəbəkəsində bildirib.

İki nəfər Kastilya-La-Mança bölgəsində, biri Əndəlüsdə ölüb.
Dünən, oktyabrın 31-də suyun səviyyəsi baza səviyyəsindən üç metrə qalxıb.

//Samir Qurbanov, Editor.az