Davamlı sülhün əldə olunması ilə Aİ-nin Ermənistandakı missiyası öz əhəmiyyətini itirəcək – Toivo Klaarbackend

Davamlı sülhün əldə olunması ilə Aİ-nin Ermənistandakı missiyası öz əhəmiyyətini itirəcək – Toivo Klaar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması ilə Aİ-nin Ermənistandakı missiyası öz əhəmiyyətini itirəcək.

Editor.az bildirir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib. O, Antalyada Diplomatik Forum çərçivəsində keçirilən panel müzakirəsində missiyaya olan tələbi şərh edib.

Diplomat vurğulayıb ki, Bakı və İrəvan sülh və sabitlik bərqərar edildikdən sonra Brüssel Cənubi Qafqazın bütün dövlətləri ilə əməkdaşlıqda diqqətini müsbət gündəliyə yönəldə biləcək. “Biz həmçinin nəhayət ki, Ermənistandan etimad və Aİ-nin sülhə sadiqliyini təmin etmək üçün yerləşdirilən silahsız mülki

Aİ missiyasını geri çəkə biləcəyik”, – Toivo Klaar bildirib.
Xatırladaq ki, bir müddət əvvəl ER Təhlükəsizlik Şurasının rəhbəri Aİ-nin Ermənistandakı missiyası ilə bağlı vəziyyəti şərh edib. Armen Qriqoryanın sözlərinə görə, Ermənistan təhlükəsizlik sahəsində Aİ-nin digər mülki missiyalarında da iştirak etməyə çalışır.

//Samir Qurbanov, Editor.az