David Tonoyan saxlanıldıbackend

David Tonoyan saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan saxlanılıb.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazır.

Qeyd olunur ki, sabiq nazirin evində axtarış aparılıb. Məlumata əsasən, qısa zaman ərzində onun həbs olunması üçün vəsatət qaldırılacaq.

Bir sıra məlumatlara əsasən, D.Tonoyan 2018-ci ilin sonunda yararsız raketlərin 4,6 milyon dollar vəsaitə alınması ilə bağlı ittiham olunur.

Xatırladaq ki, David Tonoyan 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra istefa vermişdi.