David Zalkaliani: Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edirbackend

David Zalkaliani: Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Gürcüstanda təyin olunan yeni səfiri Faiq Quliyev etimadnaməsinin surətini sentyabrın 23-də bu ölkənin Xarici İşlər naziri David Zalkalianiyə təqdim edib.

Trend-in məlumatına görə, D.Zalkaliani Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini xüsusi vurğulayıb. O, yaxın qonşu və dost ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da genişləndiyini və möhkəmləndiyini bildirib.

Nazir Faiq Quliyevi Gürcüstanda səfir təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nazir, ölkələrimiz arasında yüksək səviyyəli strateji və dostluq əlaqələrinin bundan sonra daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Faiq Quliyev Azərbaycan dövlətinin Gürcüstan ilə münasibətlərə böyük önəm verdiyini qeyd edib, fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafına və daha da möhkəmlənməsinə çalışacağını bildirib.

Görüşdə, həmçinin Gürcüstan-Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.