Qətər milli futbol komandası dünya çempionatının açılış oyununda Ekvador komandasına uduzub.
El-Xaurda keçirilən görüş 0:2 hesabı ilə başa çatıb.
Ekvadorluların hər iki qolunu kapitan Enner Valensiya vurub – 16-cı dəqiqədə qazandığı penaltini qola çevirib, 31-də isə komandasının üstünlüyünü 2 topa catdırıb.
Görüşün 3-cü dəqiqəsində Valensiya qol vursada, oyundankənar vəziyyət səbəbindən qol ləğv edilib.
//Samir Qurbanov,Editor.az

