DÇ-2022: Türkiyə millisi Norveçlə, Almaniya Rumıniya ilə qarşılaşacaqbackend

DÇ-2022: Türkiyə millisi Norveçlə, Almaniya Rumıniya ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma baş tutacaq. Bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

E qrupunda Estoniya millisi Belarusu, Çexiya yığması Uelsi qəbul edəcək.

G qrupunda Türkiyə millisi Şenol Güneşin gedişindən sonra yeni baş məşqçisi Ştefan Kuntsun rəhbərliyi altında ilk oyununa çıxacaq. “Ay-ulduzlular” “Şükrü Saracoğlu” stadionunda Norveçi sınağa çəkəcək. Bu qrupun digər matçlarında Monteneqro Cəbəllütariqin, Niderland isə Latviyanın qonağı olacaq.

H qrupunda Malta Sloveniya ilə, Kipr Xorvatiya ilə, Rusiya isə Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

J qrupunda da 3 oyun keçiriləcək. Lider Almaniya evdə Rumıniya ilə üz-üzə gələcək.

DÇ-2022, seçmə mərhələ VII tur 8 oktyabr

E qrupu

22:45. Estoniya – Belarus

22:45. Çexiya – Uels

Xal durumu: Belçika – 16 (6 oyuna), Çexiya – 7 (5), Uels – 7 (4), Belarus – 3 (5), Estoniya – 1 (4).

G qrupu

22:45. Cəbəllütariq – Monteneqro

22:45. Latviya – Niderland

22:45. Türkiyə – Norveç

Xal durumu: Niderland – 13, Norveç – 13, Türkiyə – 11, Monteneqro – 8, Latviya – 5, Cəbəllütariq – 0.

H qrupu

22:45. Malta – Sloveniya

22:45. Kipr – Xorvatiya

22:45. Rusiya – Slovakiya

Xal durumu: Xorvatiya – 13, Rusiya – 13, Slovakiya – 9, Sloveniya – 7, Malta – 4, Kipr – 4.

J qrupu

22:45. Lixtenşteyn – Şimali Makedoniya

22:45. İslandiya – Ermənistan

22:45. Almaniya – Rumıniya

Xal durumu: Almaniya – 15, Ermənistan – 11, Rumıniya – 10, Şimali Makedoniya – 9, İslandiya – 4, Lixtenşteyn – 1.