DÇ-2022: Uruqvay Argentinaya məğlub oldubackend

DÇ-2022: Uruqvay Argentinaya məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay millisi Argentina komandasına 3:0 hesabı ilə uduzub.

Editor.az  Trend-ə istinadən bildirir ki, görüş Buenos-Ayresdə baş tutub.

Qolları qaliblər tərəfdən Lionel Messi (38-ci dəqiqə), Rodriqo De Paul (44), digər komandadan isə Lautaro Martinez (62) vurublar.

Argentina millisi turnir cədvəlində ikinci yeri tutur (10 oyunda 22 xal) və növbəti oyununu oktyabrın 15-də öz meydançasında Peru yığması ilə keçirəcək. Uruqvay komandası turnir cədvəlində dördüncüdür (11 oyunda 16 xal), yığma, həmçinin, oktyabrın 15-də Braziliya millisi ilə səfərdə görüşəcək.