De Bruyne “Əl-İttihad”a keçməyə razılaşdıbackend

De Bruyne “Əl-İttihad”a keçməyə razılaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti”nin 33 yaşlı hücumçusu Kevin De Bruyne Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə razılaşıb.

Hazırda İngiltərə klubu ilə “Əl-İttihad” arasında danışıqlar davam edir.

Xatırladaq ki, yarımmüdafiəçi 2015-ci ildən “Siti”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 382 matçda iştirak edib, 102 qol vurub, 170 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalındakı məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.