Ded Xasanın taclandırdığı “qanuni oğru”ya hökm oxundubackend

Ded Xasanın taclandırdığı “qanuni oğru”ya hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Şəhər Məhkəməsi kriminal aləmdə “Maxo Tibilisski” adı ilə tanınan “qanuni oğru” Malxaz Darçiyevi 9 il həbs cəzasına məhkum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskva prokurorluğunun nümayəndəsi Lüdmila Nefedova məlumat verib.
39 yaşlı Gürcüstan vətəndaşı Rusiya Cinayət Məcəlləsinin 210.1-ci (“Cinayət iyerarxiyasında yüksək vəzifə tutma”) maddəsi ilə təqsirli bilinir.

İstintaqa görə, Maxo Tbilisski kriminal aləmdəki yüksək statusunu 2011-ci ildə mərhum “qanuni oğru” Ded Xasandan alıb.
Darçiyev cəzasını sərt rejimli koloniyada çəkəcək.