“Dedilər ki, hər şey danışılıb, toyumuzu siz idarə edin”backend

“Dedilər ki, hər şey danışılıb, toyumuzu siz idarə edin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 20 gün ərzində üç toydan imtina etmişəm.

Bu sözləri Xalq artisti Faiq Ağayev açıqlamasında deyib. O bildirib ki, toya dəvət edilsə də, qoyulan qaydalara əməl edir:

“Dedilər ki, “hər şey danışılıb, tapşırılıb narahat olmayın, ancaq gəlin, toyumuzu siz idarə edin”. Mən belə şeylər edə bilmərəm, o səbəbdən də imtina elədim”.

Qeyd edək ki, koronavirus pandemiyasına görə, Nazirlər Kabineti ölkədə xüsusi karantin rejimi tətbiq edib. Qaydalara görə, toy, nişan və yas mərasimləri, 5 nəfərdən artıq insanın bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi qadağandır.

//news24.az