Defence24: Polşada Ukraynaya verilən beş Patriot raketi siyasi qalmaqala səbəb olubbackend

Defence24: Polşada Ukraynaya verilən beş Patriot raketi siyasi qalmaqala səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada Ukraynaya təcili olaraq verilən beş ədəd Patriot PAC-3 MSE zenit raketi ilə bağlı siyasi mübahisələr davam edir.

Editor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Defence24 nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, qalmaqal Ukraynaya göndərilən raketlərin sayının cəmi beş ədəd olmasına baxmayaraq, ölkənin sağçı-populist siyasi qüvvələri hökuməti bu qərara görə sərt tənqid edib.

Məlumata əsasən, raketlər Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə təcili qaydada təhvil verilib. Bununla belə, məsələ Polşa daxilində siyasi müzakirələrə və hökumətlə müxalifət arasında qarşıdurmaya səbəb olub.

//Samir Qurbanov, Editor.az