Bu ölkədə dəfn mərasimləri qadağan edildi: səbəb?backend

Bu ölkədə dəfn mərasimləri qadağan edildi: səbəb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın hazırkı prezidenti Co Baydenin səfəri fonunda Anqolanın Benguela və Lobito əyalətlərində, küçə ticarətinə qadağa qoyulub, dəfn mərasimləri təxirə salınıb və Lobitoya gedən yolların bir hissəsi bağlanıb.

Editor.az bildirir ki, bu barədə yerli “Novo Jornal” xəbər verir. Bayden dekabrın 2-də Anqolaya gəlib. Prezident hazırda ölkənin paytaxtı Luandadadır və daha sonra əyalətin liman şəhəri Lobitoya gedəcək.

Qəzetin materialından belə çıxır ki, hökumət dekabrın 3-ü və 4-ü Luandada istirahət günü elan edib. Co Bayden prezident kimi ilk dəfə Afrikanın cənubundakı Saharaya səfər edir. Səfərin məqsədi resursla zəngin Konqo Demokratik Respublikası və Zambiyadan Lobitoya qədər dəmir yolu marşrutunun yenidən qurulması üzrə ABŞ və Avropa İttifaqının layihəsini müzakirə etməkdir. Dekabrın 3-də o, 1300 kilometrlik dəmir yolu şəbəkəsinin çəkilməli olduğu Lobitaya səfər edəcək.

//Samir Qurbanov, Editor.az