Yaponiyada bir kişi dəfn xərclərindən yayınmaq üçün iki il atasının ölüm faktını gizlədib. O, 2023-cü ilin yanvarında dünyasını dəyişən 86 yaşlı kişinin meyitini şkafda gizlədib.
Bu barədə “South China Morning Post” qəzetində dərc olunan məlumatda deyilir.
Nobuhiko Suzukinin yaşadığı evin sakinləri nəyinsə qaydasında olmadığından şübhələnərək polisə müraciət ediblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları binaya baxış keçirib və şkafda insan qalıqları aşkar ediblər.
Suzuki saxlanılıb. O, pensiya almaqla bağlı dələduzluqda şübhəli bilinir. Adam atasının ölümü ilə bağlı hökumət orqanlarına xəbər vermədən ödənişləri almağa davam edib.
Dindirilmə zamanı təqsirləndirilən şəxs maddi sıxıntıya görə dəfn mərasimini təşkil etmədiyini izah edib.
//Samir Qurbanov, Editor.az