Kişi ilə qadın arasında baş verən münaqişə nəticəsində iki aylıq körpə xəstəxanaya yerləşdirilib.
Editor.az xəbər verir ki, hadisə Sankt-Peterburqda baş verib. Ailə məişət zəmnində baş verən hadisə zamanı, azyaşlı qadını vurmaq istəyən kişi, hərəkətlərini qəfil itirərək iki aylıq körpənin başına ağır zərbə vurub. Nəticədə körpədə ağır kəllə beyin travması yaranıb. Hazırda münaqişə tərəfləri arasındakı münasibətlərin vəziyyəti də aydınlaşdırılır.
Başqa bir hadisə isə Moskvada qeydə alınıb. Sərxoş bir kişi mübahisə zamanı arvadını təpikləmək istəyən zaman, yeni doğulmuş qızını vurub. Bir aya çatmamış qız kəllə -beyin travması ilə xəstəxanaya yerləşdirilib. Uşağın atası müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

