Keniyanın paytaxtı Nayrobidə zibillikdən 9 nəfərin cəsədi tapılıb.
Editor.az xəbər verir ki, bölgədə təhlükəsizlik tədbirləri görən polis müxtəlif vaxtlarda öldüyü müəyyən edilən 9 nəfərin cəsədini tapıb.
İlkin araşdırmalara görə, tapılan cəsədlərdən 8-i qadındır.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Cəsədlərin sayının arta biləcəyi ehtimal edilir.
//Samir Qurbanov, Editor.az

