Bu gün Türkiyədə dəhşətli cinayyət hadisəsi baş verib. Editor.az-ın Türkiyənin “Hüriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, Kırklarelinin Lüleburqaz rayonunda 56 yaşlı Mehmet adlı şəxs 37 yaşlı həyat yoldaşı Fatmaya 10 bıçaq zərbəsi endirib. İki övladı olan şəxlərin övladları məktəbdə olduğu zaman tərəflər arasında mübahisə yaranıb. Hələki səbəbi məlum olmayan mübahisə zamanı ər arvadına 10 bıçaq zərbəsi endirib.
Xəsarətə uğrayan xanım aldığı xəsarətlərdən sonra xəstəxanada əməliyyat olunub.
Cinayyəti törədən və yaşadığı ərəzidəki inşaatların birində qarolçu vəzifəsini icra edən şəxs hadisə yerindən qaçsa da sonrada polislərin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
//Editor.az


