Dəhşətli hadisə: İti öldürüb traktoru ilə sürüdü – FOTObackend

Dəhşətli hadisə: İti öldürüb traktoru ilə sürüdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bursa şəhərində qandonduran hadisə baş verib.

BAKU.WS xəbər verir ki, İnegöl bölgəsində yaşayan Rauf Halil B. adlı şəxs toyuqlarına hücum etdiyi üçün ev tüfəngi ilə sahibsiz iti öldürüb. O daha sonra boğaz alan iti kənd təsərrufatında istifadə etdiyi nəqliyyat vasitəsinə bağlayaraq sürümüyə başlayıb.

Rauf Halil B.-nin bu addımı qonşuları tərəfindən anbaan görüntülənib. Sosial şəbəkələrdə yayılan fotolarda Halilin itin cəsədini traktorla sürüməsi açıq-aşkar görünür. Baş verən hadisə haqqında hüquq-mühafizə orqanlarına xəbər verilib. Həbs olunan Rauf daha sonra ev dustaqlığına buraxılıb.