Türkiyənin Elazığ şəhərində D.E mübahisə etdiyi dostu Yunus Taşı başına daşla vuraraq öldürüb.
D.E hadisədən sonra qaçsa da, polislər tərəfindən tutularaq saxlanılıb.
Hadisə ötən gecə Yıldız Bağları məhəlləsi, Pancarlı küçəsində baş verib. Birlikdə spirtli içki qəbul edən dostlar arasında naməlum səbəbdən yaranan mübahisə davaya çevrilib. Dava zamanı D.E dostunun başına daş vurub.
Aldığı zərbələr nəticəsində Yunus Taş yerə yıxılıb. Hadisə yerinə gələn həkimlər aparılan müayinədən sonra Yunus Taşın öldüyünü müəyyən ediblər.
Müayinədən sonra Yunus Taşın cəsədi yarılması üçün Fırat Universiteti Xəstəxanasına aparılıb.
Qeyd edək ki, D.E qısa müddət sonra saxlanılaraq istintaqa cəlb edilib.
//Samir Qurbanov, Editor.az