Dünən Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində xala oğlu olan üç gənc faciəvi şəkildə dünyasını dəyişib.
rayonun Maşlıq kənd sakinləri artıq dünən kənd qəbiristanlığında dəfn ediliblər. Dəhşətli hadisə kənd camaatını da məyus edib. Əməkdaşımız qəzada dünyasını dəyişən üç gəncin fotosunu əldə edib. Həmin fotoları təqdim edirik.
Qeyd edək ki, Ələt-Astara avtomobil yolunun 148 km-də, Cəlilabad rayonunun Göytəpə şəhərindən keçən hissəsində baş verən qızada BMW və VAZ-2017 markalı minik avtomobilləri toqquşub. Daha sonra zərbənin təsirindən VAZ-2107 markalı maşın əks istiqamətdən gələn “Atika” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində 3 nəfər, Cəlilabad rayonunun Maşlıq kənd sakinləri – Adıgözəlov Tural İntiqam oğlu, Quliyev Mürsəl Alim oğlu və İsmayılzadə Qorxmaz Rahim oğlu hadisə yerində ölüb.
Həmçinin həmin kənd sakinləri – 1997-ci il təvəllüdlü Vəlizadə Kamran İbadulla oğlu, 1958-ci il təvəllüdlü Şahbazov Hacıbala Balabəy oğlu, 1994-ci il təvəllüdlü Eyvazov Cahid Təbiət oğlu və Cəlilabad şəhər sakini, 1982-ci il təvəllüdlü İsmayılov Balasər Həsən oğlu isə xəstəxanaya yerləşdirilib. Ölən şəxslərin VAZ-2107-də olduğu bildirilir.



