“Dəhşətli savaş” olmayacaq, Rusiya dərhal Kiyevə girəcək…backend

“Dəhşətli savaş” olmayacaq, Rusiya dərhal Kiyevə girəcək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin ən vacib siyasəti Rusiyaya Sovet İttifaqının analoqu kimi ola biləcək heç nəyin canlandırılmasına imkan verməməkdir. Bu, Qərbin ən böyük qorxusudur.

Editor.az Axar.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni əsilli rusiyalı kinorejissor Karen Şahnazarov Rusiyanın “Rossiya 1” kanalının canlı efirində “Vladimir Solovyovla axşam” proqramında səsləndirib.

“Bu fikirlər barədə hələ vaxtnda Bill Klinton açıq olaraq danışırdı. Bunu Qərbdə heç kəs gizlətmir. Bu, həqiqətən də onların ən dəhşətli qorxusudur. Qeyd etmək lazımdır ki, bütün bunlar Rusiyaya manevr üçün çox böyük imkanlar yaradır. Məsələn, artıq aydındır ki, Qərb Ukraynanı müharibəyə təhrik edir. Tutalım, Kiyev hücuma keçir. Aydındır ki, bununla da Rusiyanın silahlı cavaba bütün əsasları olur, çünki hazırda Donbasda yarım milyona yaxın Rusiya vətəndaşı yaşayır. Bu vəziyyətdə dəhşətli müharibənin başlayacağı ilə bağlı bütün hekayələr tamamilə əsassızdır. Heç bir dəhşət olmayacaq. Ukrayna ordusu çox tez bir zamanda süquta ugradılacaq. Kiyev alınacaq. Heç partizan müharibəsi də olmayacaq. Çünki Ukrayna Əfqanıstan deyil… Bundan başqa, Ukrayna əhalisinin böyük hissəsi Rusiyanı dəstəkləyəcək”, – deyə o bildirir.

Onun sözlərinə görə, bundan sonra baş verəcəklər çox maraqlıdır:

“Buna cavab olaraq Qərb heç nə təqdim etməyəcək, çünki onlar Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmaq üçün Moskva ilə sövdələşməli olacaqlar. Ukraynanı müstəqil dövlət kimi saxlamaqdan ötrü Qərb hətta Rusiyaya sanksiyaları təxirə də sala bilər. Onlar hətta müstəqil, lakin rusiyapərəst hökumətə malik olan Ukraynaya da razı olacaqlar. Bu isə artıq tamamilə başqa ssenaridir. Bunu da Qərbdə anlayırlar. Çünki məhz bu, SSRİ-nin analoquna çevrilmək deməkdir”.