Ötən gün İrəvanda mənzildə ölü tapılan qadının tanınmış rus bloger Aleksey Romanovun həyat yoldaşı olduğu üzə çıxıb.
Erməni mediası Yana Nikalayevna adlı qadının meyitinin hamamda dəhşətli vəziyyətdə tapıldığını yazıb.
Mətbuat onun sosial şəbəkə səhifəsindəki paylaşımına diqqət çəkib. 5 gün əvvəlki paylaşımda deyilir:
“Qarşıdan böyük müharibə gəlir. Nikol Paşinyan bu savaşı dayandırmağa çalışır. O, bəzi dünya liderləri ilə telefon əlaqəsi yaradıb.
Paşinyan müharibənin qarşısını almaq üçün Əliyevlə təcili görüşdə israrlıdır”.
Qeyd edək ki, qadının hansı səbəbdən öldüyü və hadisənin sözügedən paylaşımla əlaqəli olub-olmadığı məlum deyil.
Məlumat üçün bildirək ki, onun əri Aleksey Romanov Rusiya və Ermənistanda tanınmış blogerdir. O, 2016-cı ildə təzyiqləri əsas gətirərək Rusiyanı tərk edib.
Globalinfo.az


