Dəhşətli xəstəlik yayıldı – Həkimdən HƏYƏCAN TƏBİLİbackend

Dəhşətli xəstəlik yayıldı – Həkimdən HƏYƏCAN TƏBİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Koksaki virusu, uşaqlar arasında tez-tez rast gəlinən və enteroviruslar qrupuna aid olan bir virusdur. Adətən, bu virus yay aylarında və erkən payızda daha çox yayılır. Koksaki virusu ilə əlaqəli xəstəliklər müxtəlif formalarda özünü göstərə bilər və ən çox 5 yaşdan kiçik uşaqlar arasında müşahidə olunur”. 

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında pediatr infeksionist Aytən Ziyadova deyib. Həkim sözügedən virus haqqında ətraflı məlumat verib:

“Koksaki virusu “əl-ayaq-ağız xəstəliyi” kimi tanınan infeksiyanı yarada bilər. Bu zaman uşaqların əl, ayaq və ağız nahiyələrində ağrılı suluqlarla xarakterizə olunan səpkilər meydana çıxır. Bəzi hallarda boğaz ağrısı, qızdırma, halsızlıq və iştahasızlıq da müşahidə edilə bilər. Koksaki virusu həm də viral meningit və ya perikardit kimi ciddi xəstəliklərə səbəb ola bilər, lakin bu hallar nadirdir. Xəstəlik dövrü əsasən 7-10 gün arasında davam edir: Çox vaxt xəstəlik yüngül keçir və xüsusi bir müalicə tələb olunmur.  vakansiyalar

Koksaki virusu insandan insana əsasən nəcis-oral yolla (kirlənmiş əllər, oyuncaq və ya əşyalar vasitəsilə), tənəffüs yolları (asqırıq, öskürək zamanı havaya yayılan damcılarla), birbaşa təmas (suluqlardan çıxan maye ilə) yolu ilə keçə bilər.

Həkim virusla bağlı görülə biləcək tədbirlər haqda da məlumat verib:

“Əlləri mütəmadi yumaq, xüsusilə tualetdən sonra, yeməkdən əvvəl və uşaq bezlərinin dəyişdirilməsindən sonra əllərin yuyulması virusun yayılmasının qarşısını almaq üçün çox vacibdir. Təmiz mühit təmin etmək lazımdır. Uşaqların istifadə etdiyi oyuncaqlar, əşyalar və səthlər mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir. Yoluxmuş uşaq ən azı 7 gün müddətində digər uşaqlarla təmasdan uzaq saxlanmalıdır. Bu, infeksiyanın yayılmasının qarşısını almağa kömək edəcək.Sağlam həyat tərzinə əməl olunmalıdır. Uşaqlara düzgün qidalanma və kifayət qədər istirahət təmin etməklə onların immun sistemini gücləndirmək mümkündür”.

A.Ziyadova virusun iki mərhələdə müalicə olunduğunu vurğulayıb:

“Birinci mərhələ simptomatik müalicədir. Xüsusi bir antiviral müalicə yoxdur. Yalnız xəstəliyin simptomlarını yüngülləşdirmək məqsədilə müalicə aparılır. Məsələn, qızdırmanı endirmək üçün parasetamol kimi dərmanlar, boğaz ağrısı üçün yumşaldıcı mayelər təyin oluna bilər. Növbəti mərhələ isə suluqların baxımıdır. Suluqlara toxunmaqdan çəkinmək və gigiyenik qaydalara əməl etmək vacibdir. Əlləri təmiz saxlamaq yoluxmanın qarşısını almaq üçün əsas addımlardan biridir.

5 yaşdan kiçik uşaqlar virus üçün daha həssasdırlar, çünki immun sistemləri tam inkişaf etməyib. Bu yaşda uşaqlar arasında uşaq bağçası və ya məktəbəqədər təhsil müəssisələrində virusun yayılması daha tez-tez baş verir. Koksaki virusu nadir hallarda ciddi nəticələrə səbəb olur, lakin valideynlərin diqqətli olması, gigiyena qaydalarına əməl etməsi və uşaqların sağaldıqdan sonra da sosial təcrid qaydalarına riayət etməsi vacibdir”.