Dəhşətli yanğın 39 nəfərin həyatına son qoydubackend

Dəhşətli yanğın 39 nəfərin həyatına son qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Syudad Xuares şəhərində miqrasiya xidməti mərkəzində yanğın baş verib.

Editor.az yerli “Milenio” qəzetinə istinadən xəbər verir ki, nəticədə əksəriyyəti miqrant olmaqla 39 nəfər ölüb. Hadisə dünən, martın 27-də axşam saatlarında baş verib. “Excelsior” qəzetinin məlumatına görə, 100-ə yaxın insan zəhərlənmədən əziyyət çəkir və onlardan bəzilərinin vəziyyəti ağırdır.

Nəşr yazır ki, yəqin ki, yanğını saxlanılan miqrantlar törədiblər. Çünki yanğın bir qrup venesuelalı miqrantın qaçmaq üçün döşək, paltar və mebel yığdığı otaqda başlayıb.

//Samir Qurbanov,Editor.az