“İkitərəfli delimitasiya komissiyasının yaranması barədə qərar 26 noyabr 2021-ci ildə Soçidə qəbul olundu”.
Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Avropa Komissiyasının yaydığı məlumatda ” Ermənistan-Azərbaycan məsələsi noyabrın 13-də Avropa Birliyinə (AB) üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacaq. AB-yə üzv ölkələrin xarici işlər nazirlərinin oktyabrın 23-dəki görüşündə Ermənistan-Azərbaycan məsələsini müzakirə etmək mümkün olmayıb və təxirə salınıb. Buna görə də məsələ nazirlərin növbəti iclasının gündəliyinə salınmalıdır”,- deyə qeyd edilən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin sənədə əsasən Rusiya məsləhətçi kimi prosesdə iştirak etməli idi:
“Əsas xəritələr Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında saxlanılır. O xəritələrdən istifadə etməklə delimitasiya və demarkasiya prosesini aparmaq nəzərdə tutulmuşdu. Rusiyanın burada iştirakı həmin sənədlə təsdiq olunub. Rəsmi Moskva müəyyən qədər prosesdə iştirak edib. Lakin Ermənistanın təqsiri səbəbindən delimitasiya komissiyasının işi uzadıldı. Rəsmi İrəvan əlindən gələni etdi ki, heç bir nəticə əldə edilməsin və proses mümkün qədər ləngidilsin. Ermənistan təxribat törətməkdə hələ də davam edir”.
A.Səmədovun fikrincə, Ermənistan başlıca olaraq delimitasiya komissiyasının yaranması işini ləngitdi:” Onun işinə əlindən gələn maneəni törətdi və bu prosesi həyata keçirməkdə davam edir. Azərbaycan isə prosesin sürətləndirilməsində maraqlıdır. Onsuz da uzun proses olan delimitasiya və demarkasiya məsələlərini mümkün qədər operativ şəkildə həll etməyə cəhd göstərir. Lakin burada təkcə Azərbaycanın istəyi kifayət deyil. Rusiya da bu məsələdə çox maraqlıdır. Çünki Qərbin mümkün qədər prosesdən kənarda qalmasını istəyir. Baxmayaraq ki, Qərb də dəfələrlə öz xidmətini təklif edib və məsələyə müdaxilə etməyə cəhd edib”.
Siyasi şərhçi qeyd edir ki, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında olan əsas xəritələrdən istifadə etmədən delimitasiya prosesini aparmaq mümkünsüzdür:
“Ermənistanın bu məsələdə sonuncu təxtibatı Qranada sammitində baş verdi. Ermənistan baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması istiqamətində üç prinsip təklif etdi. Həmin prinsiplərdən biri də delimitasiya prosesinin 1975-ci il xəritəsi ilə aparılması idi. Təəssüf ki, Qranadada həmin təklifi müəyyən qədər dəyişilmiş formada Fransa, Almaniya və Avropa İttifaqı öz imzaları ilə qəbul etdilər. Həmin bəyanatda göstərildi ki, delimitasiya prosesi son xəritələr əsasında aparılmalıdır. Konkret olaraq 1975-ci il xəritəsi göstərilmədi. Lakin “son xəritələr” ifadəsi də prosesə mane olmaq cəhdindən başqa bir şey deyildi”.
//Safura Bənnayeva, Editor.az

