Delimitasiya və demakrasiya məsələsi hansı xəritələrə əsaslanmalıdır?-MÜSAHİBƏbackend

Delimitasiya və demakrasiya məsələsi hansı xəritələrə əsaslanmalıdır?-MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az politoloq Natiq Miri ilə müsahibəsini təqdim edir:

-Natiq bəy, məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra gündəlikdə olan əsas məsələlərdən biri də sərhədlərin delimitasiya və demakrasiyasıdır. Sizcə, bu istiqamətdə hansı irəliləyişlər müşahidə edilir?

-Azərbaycan və Ermənistan arasında sərhəd anlayışı yoxdur. Bu sərhəd anlayışı rəsmi İrəvanın Bakıya ərazi iddiasından sonra aradan qalxıb. 1991-i il Alma-Ata bəyannaməsi də sərhəd deyil, ərazi bütövlüyü prinsipləri kontekstində qəbul edib. Bu o demək deyil ki, 1975 ya da 1991-ci il xəritələrinə əsasən sərhədlər müəyyənləşməlidir. Belə birşey yoxdur.

-Qeyd edirsiniz ki, sərhəd məsələsi sözügedən xəritələrə əsaslanmamalıdır. Bəs bu proses öz həllini necə tapmalıdır?

-Sərhədlərin delimitasiya və demarkasiya prosesi konkret hüquqi əsaslar üzərində qurulur. Belə olduğu təqdirdə nəinki Qazaxın 7 kəndi və Kərkini, hətta Sovet dönəmindən əvvəl və yaxud da dərhal sonra müəyyən ərazilər mövcud olub və Azərbaycan da özünü Cümhuriyyətin varisi elan etdiyi üçün həmin əraziləri də iddia etmək kimi imkanı var. Çünki sərhəd deyə birşey yoxdur. Əgər bu olsaydı, əvvəlcə Ermənistan öz sərhədini tanıyardı. Rəsmi İrəvan ərazilərimizə qarşı iddialar irəli sürərək həmin sərhədlərin aradan qaldırılmasına şərait yaradıb. Ona görə də bu ciddi məsələdir və 1975-ci il xəritələrinə əsaslanmaq doğru olmaz. Ölkəmiz heç buna razı da deyil.

-Ermənistan baş naziri Nikol Paşinyan Kişineu görüşündə Azərbaycanla razılığın 1975-ci il xəritələrinə uyğun olaraq əldə edildiyini bildirib. Maraqlıdır, rəsmi Bakı bu məsələdə qəti mövqe ortaya qoyduğu halda Paşinyan niyə bu kontekstdən açıqlamalar verir?

-Burada diqqət olunacaq bir neçə məqam var. Kişineudakı görüşə Fransa və Almaniya konkret xəritələrlə gəlmişdilər.  Azərbaycanı da həmin xəritələrlə bağlı razı salmağa cəhd ediblər. Lakin rəsmi Bakı buna razılıq verməyib. Düşünürəm ki, bu çox doğru yanaşmadır. Ona görə də proses hələ çox uzanacaq.

-Bəs rəsmi Bakının prosesə yanaşmasını necə qiymətləndirirsiniz?

-Əslində, sülh müqaviləsinin imzalanması Azərbaycan üçün bir məcburiyyət deyil. Ölkəmiz üçün bu gün əhəmiyyətli olan Qarabağda ərazi bütövlüyü kimi suveren haqlarını da bərqərar etməsidir. Bunun üçün qanunsuz erməni silahlı birləşmələri, separatçı rejimin ləğvi və ölkəmizdə yaşamaq istəyən ermənilərin inteqrasiyasına ehtiyac var. Görünən də budur ki, Ermənistan bunu istəmir. Hələ də ölkəmizə qarşı təzyiq və təsir imkanlarını saxlamağa çalışır. Rəsmi İrəvanın havadarları da gələcəkdə Qarabağa müdaxilə üçün tutacaqlar saxlamağa çalışır. Ona görə də Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla ərazi bütövlüyümüzü təmin etdiksə, Azərbaycan Konstitusiyası və beynəlxalq hüquq normaları çərçivəsində rəsmi Bakı öz suverenliyini digər ərazilərdə də bərqərar etməlidir. Bunlar ən böyük  hərbi siyasi hadisə olacaq.

//Safura Bənnayeva, Editor.az