Delta ştammı bir addımlığımızda- Yoluxmaların hansı ştamm olması barədə işlər görülürmü?backend

Delta ştammı bir addımlığımızda– Yoluxmaların hansı ştamm olması barədə işlər görülürmü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir çox dünya ölkələri addım-addım koronovirusun yeni dalğa riski ilə üzləşir. Bu baxımdan pandemiya ilə mübarizə strategiyası çərçivəsində koronovirusa yoluxma sayının artma riski ilə rastlaşdıqda müəyyən qabaqlayıcı tədbirlər görülür. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, virusa qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər arasında ən effektiv vasitə peyvəndləmə proqramının tətbiqinin davamlığının təmin edilməsidir”.

Editor.az xəbər verir ki, bu sözləri Arb24-ün efirində Milli Məclisin üzvü Soltan Məmmədov deyib.

O qeyd edib ki, hər hansı qapanmalara getməzdən əvvəl vaksinasiya prosesi uğurla davam etdirilməlidir:

” Peyvəndləmə virusa qarşı, xüsusilə yeni yaranmış Delta ştammına qarşı mübarizədə ÜST tərəfindən də ən düzgün strategiya hesab olunur. Ölkə ərazisində bu proses sürətlə və uğurla həyata keçirilir. İlin əvvəlində peyvənd olunmuş insanların immunitet səviyyəsini saxlamaqdan ötrü üçüncü doza vaksin olunacağını və ölkəmizdə gündəlik peyvənd olunan insanların sayınında sürətlə artdığını da nəzərə alsaq, düşünürəm ki, yayın sonunda vaksinasiya ilə bağlı hədəfimizə yaxınlaşacağıq”.

Soltan Məmmədov bildirib ki, ölkə ərazisində epidomoloji vəziyyətin qəbaətbəxş olmasının və gündəlik yoluxma sayının az olmasının əsas səbəbi Azərbaycanda vaxtında başlanan peyvəndləmə prosesinin bu gün də uğurla davam etdirilməsidir:

“Bir sıra dünya ölkələri hələ də peyvənd əldə etmək imkanına malik deyil. Hər ölkədə peyvənd seçmə imkanı əhaliyə verilmir. Azərbaycanda tətbiq olunan yüksək keyfiyyətli bir sıra peyvəndlərdən istədiklərini şeçə bilmələri üçün vətəndaşlarımıza şərait yaradılır. Bizim hər birimiz dövlət siyasətinə dəstək olmalı və bizə yaradılmış şəraitdən layiqincə istifadə etməyi bacarmalıyıq”.

//Gülnarə Abasova, Editor.az