“Delta” ştamml ilə bağlı VACİB AÇIQLAMAbackend

“Delta” ştamml ilə bağlı VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun “Delta” variantına yoluxmuş cavanlarda xəstəliyin ilk həftəsindən ağciyərlərdə geniş həcmli zədələnmə müşahidə olunur.

Editor.az  xəbər verir ki, bu barədə həkim-infeksionist Vüqar Cavadzadə bildirib. O qeyd edib ki, belə şəxslərdə buzlaşma ağciyərlərin 90 faizinə qədərini tuta bilər:

“Hazırda ölkəmizdə karonavirusun “Delta” variantı yayılmaqda davam edir. “Delta” variantı cavanlar arasında daha çox ağciyərlərin geniş həcmli zədələnməsi ilə müşahidə edilir. KT müayinəsində ağciyərlərin 70, 80, hətta 90 faiz zədələnməsi aşkar edilir. “Delta” variantı cavan şəxslərdə yüksək hərarətlə davam edir, hətta xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmli zədələnir”.

Həkim son həftələrdə cavan şəxslərin daha tez ağırlaşmasının müşahidə etdiyini bildirib.