Delta variantı xəbərdarlığı: “Peyvənd olunmuş insanlar da başqalarını yoluxdura bilər”backend

Delta variantı xəbərdarlığı: “Peyvənd olunmuş insanlar da başqalarını yoluxdura bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirusa qarşı tam peyvənd edilən insanlar belə Delta variantını başqalarına ötürə bilər”.

Editor.az xəbər verir ki, bu sözləri ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski deyib.

O, bildirib ki,  Hindistanda yaranan və qısa müddətdə dominant olan Delta variantı narahatlıq yaradır:

“ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) məcburi maska ​​qərarını dəyişdirmişdi. Lakin daha sonra bu variantın sürətlə yayılması ilə maskaların qapalı makanlarda taxmağın  vacib olduğunu bildirdik”.

CDC direktoru Roşel Valenski koronavirus peyvəndi olan insanların  başqalarını da virusun Delta variantına yoluxdura biləcəyini göstərən yeni elmi məlumatların olduğunu qeyd edib:

“Son bir neçə həftədə delta variantı üzərində apardığımız araşdırmalar, peyvənd olunsanız belə, virusu başqasına ötürə biləcəyinizi ortaya qoydu. Bu səbəbdən maska ​​taxmaq qaydasını yenilədik. “

//Gülnarə Abasova, Editor.az