İspaniyanın “Barseloniya” klubu ilə hələ də yeni müqavilə şərtləri üçün razılığa gələ bilməyən Usman Dembeleyə Avropa nəhənglərindən birindən təklif gəlib.
Editor.az “sporx” a istinadən xəbər verir ki, İngiltərənin “Çelsi” klubu Dembeleni heyətində görmək istəyir. Ancaq fransalı cinah oyunçusu “zadəganlar”ın təklifini rədd edib.
Qeyd edək ki, Dembele cari mövsümdə “Barseloniya” forması ilə 22 matçda oynayıb. Çıxdığı 22 maçtda 2 dəfə qapı torunu sirkələyən Dembele 10 məhsuldar ötürmənin də müəllifi olub.
//Editor.az

