Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” ictimai birliyinin təşkilatçılığı ilə ənənəvi “Foto Kadr 2024” mükafatlandırma mərasimi keçirilib.

Diqqətə çatdırılıb ki, 2024-cü ildə fotoqraflarımız Azərbaycanın adına 107 beynəlxalq mükafat qazandırıblar. Bildirilib ki, hazırda ölkəmizdə 10-dan artıq beynəlxalq statusa malik fotoqraflarımız var.
Sonra Gilavar Foto Klubu tərəfindən təşkil edilən, eləcə də digər beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqraflara, medallar, xüsusi lentlər və diplomlar, Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanan həmyerlilərimizə isə sertifikatlar və döş nişanları təqdim olunub. Mükafat alanlar arasında peşəkar fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, İlqar Cəfərov, Roman İsmayılov, Nurlan Tahirli, Valeriy Xlızov, Nadejda Cavadova, Famil Mahmudbəyli, Aleksandr Firstov, Zaur Mustafayev və Naib Əhmədov var.
Bundan əlavə, Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görəDemokrat.az və Baku.news xəbər saytları Gilavar Foto Klubu tərəfindən plaketlə təltif edilib.




