Demokrat konqresmenlər Co Baydenə müraciət etdilər: İsrailə hərbi yardımı dayandırın!backend

Demokrat konqresmenlər Co Baydenə müraciət etdilər: İsrailə hərbi yardımı dayandırın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

35-dən çox demokrat konqresmen ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenə açıq məktub imzalayıb və orada İsrailə hərbi tədarükün dayandırılmasını tələb ediblər.

Editor.az bildirir ki, bu barədə aprelin 6-da “The Guardian” məlumat yayıb. Keçmiş Nümayəndələr Palatasının spikeri və Co Baydenin əsas müttəfiqi Nensi Pelosi tərəfindən də imzalanmış məktubda deyilir: “Yardım işçilərinin son ölümləri və getdikcə pisləşən humanitar vəziyyət fonunda, biz əlavə silah transferlərini təsdiq etməyin əsaslı olduğuna inanmırıq” .

Məktubda konqresmenlər İsrailin hava hücumu nəticəsində Dünya Mərkəzi Mətbəxində (WCK) yardım işçilərinin ölümləri araşdırılana qədər və ya Təl-Əvivin “Qəzza zolağında mülki əhaliyə dəyən zərəri yetərincə azalda bilənə” qədər gələcək silah daşınmasının dayandırılmasını tələb edirlər.

//Samir Qurbanov, Editor.az