Demokrat konqresmenlər Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan qanun layihəsini təqdim ediblərbackend

Demokrat konqresmenlər Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan qanun layihəsini təqdim ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar Rusiya ilə münaqişədə Ukraynanın dəstəklənməsini nəzərdə tutan qanun layihəsi təqdim ediblər.

Layihə Kiyev hökumətinə dəstək üçün ABŞ prezidenti Donald Tramp administrasiyasına növbəti təzyiq cəhdidir. “Ukraynaya dəstək haqqında” qanun layihəsinə əsasən, sənəd Ukraynanın təhlükəsizliyi və bərpası üçün maliyyə vəsaitini təmin edəcək, həmçinin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcək.

Qanun layihəsinin yazılmasına kömək edən Konqres üzvləri “Reuters” agentliyinə bildiriblər ki, onların məqsədi Ukrayna ilə bağlı ABŞ qanunvericiliyinə dair müzakirələrə təsir etməkdir. Layihənin özü qəbul edilməsə belə, onun hissələrinin ABŞ-ın Ukrayna ilə bağlı istənilən yekun paketində yer alacağını deyirlər. Qanun layihəsi Donald Trampın Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə razı olmadığı təqdirdə sanksiyaların sərtləşdirilməsi ilə bağlı bəyanatından iki həftə sonra təqdim edilib.

//Samir Qurbanov, Editor.az