Demokratiyadan bixəbər Ermənistanın “Demokratiya Sammiti”ndə iştirakının səbəbi nədir?-ŞƏRHbackend

Demokratiyadan bixəbər Ermənistanın “Demokratiya Sammiti”ndə iştirakının səbəbi nədir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“29-30 mart tarixlərində ABŞ-ın təşkilatçılığı ilə keçiriləcək 2-ci “Demokratiya sammiti”ndə iştirak üçün dəvət edilən dövlətlərin siyahısına nəzər salmaqla, Bayden və adminstrasiyasının demokratiya haqqında təsəvvürlərinin sərhədlərini müəyyənləşdirmək mümkündür”.

Bu fikirləri Editor.az-a politoloq Elçin Mirzəbəyli “Demokratiya Sammiti”ndə Azərbaycan və Türkiyənin deyil, demokratiyadan bixəbər “demokratik Ermənistanın” iştirakı məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, beynəlxalq hüququn norma və prinsiplərinə, insan hüquq və azadlıqlarına münasibətdə, həmçinin “Demokratiya indeksi”ndə ən son sıralarda yer alan ölkələrin “Demokratiya sammiti”nə dəvət almaları, bu tədbirin əsas məqsədinin nədən ibarət olduğunu göz önünə sərgiləyir:” Məqsəd hegemon mövqeyini itirən qütbün dünyanı yenidən parçalamaq cəhdi və ətrafında “süni peyklər” yaratmaqla “demokratiya” müstəvisindən “parçala və hökm sür” siyasətini davam etdirməkdir”.

Elçin Mirzəbəyli qeyd edir ki, “Demokratiya sammiti” dünyada demokratiyanı təbliğ etmək məqsədi daşımır:

“Sadəcə Birləşmiş Ştatlar və onun hazırkı administrasiyasının cari maraqları üçün taktiki alət rolunu oynayır. Eyni zamanda, ötən “Demokratiya sammiti”ndə iştirak edənlərin və yeni sammitə dəvət alanların məlum olan siyahısı onu deməyə əsas verir ki, Ağ Ev üçün “demokratiya” Birləşmiş Ştatların maraqları, “sammit” isə bu maraqlara “ləbbeyk” deyib xidmət edənlərin toplantısı deməkdir”.

//Safura Bənnayeva, Editor.az