Ukraynanın Baş naziri Dənis Şmıqal vəzifəsindən istefa verdiyini bəyan edib. O, artıq müvafiq istefa ərizəsini təqdim edib.
Rəsmi mənbələrdə istefanın səbəbi açıqlanmayıb. Gözləntilərə görə, yaxın günlərdə Ali Rada istefa ərizəsinə baxacaq və yeni baş nazir namizədi müəyyən ediləcək.
//Samir Qurbanov, Editor.az

