“Dəniz Tunca” Media Şirkətindən Azərbaycanla bağlı mühüm təklifbackend

“Dəniz Tunca” Media Şirkətindən Azərbaycanla bağlı mühüm təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Azərbaycan arasında media, tibb və biznes sektorlarında körpü rolunu oynayan “Dəniz Tunca” Media Şirkəti Azərbaycandakı iş adamlarının, şirkətlərin, sənət dünyasındakı şəxslərin qardaş ölkənin ən baxımlı, reytinqli televiziya proqramlarında, nüfuzlu xəbər agentlikləri və qəzetlərində tanıtımı üçün dəstək verməyə hazırdır.

Bununla bağlı Editor.az-a açıqlama verən şirkətin rəhbəri Dəniz Tunca qeyd edib ki, artıq az sərmayə ilə özünüzü və şirkətlərinizin markasını Türkiyədə etibarlı şəkildə tanıda bilərsiniz: “Bunun üçün biz varıq. Bizə müraciət edənlərin Türkiyə ictimai rəyində reklam olunması həmin şirkətlərin, sənətçilərin eləcə də iş adamlarının inkişafına və gəlirlərinin armasına təkan verəcək. Bunun üçün özünüzün vaxt və enerji itirmənizə ehtiyac yoxdur.

Bizə müraciət etməniz yetər. Qısa zamanda bir çox TV və xəbər agentliklərində özünüzün və şirkətlərinizin adını görə bilərsiniz. Şirkətimizin Azərbaycan nümayəndəliyi də fəaliyyət göstərir”.