Lənkəranın Sütəmurdov kəndi ərazisində dənizdə boğulan Ramin Məmmədzadənin qohumları danışıblar.
Əmisi Bəhruz Məmmədov Baku TV-yə açıqlamasında bildirib ki, Ramin çox mədəni insan olub:
“Dünən dənizə gedib. Orada iki nəfərin boğulduğunu görəndə dərhal onları xilas etməyə çalışıb. Bir nəfəri xilas edib, ikincini xilas etmək istəyərkən özü boğulub”.
Raminin əmisi oğlu Mircavid Məmmədzadə qeyd edib ki, onlar birlikdə böyüyüblər:
“İdmançı idi, fiziki işlərlə məşğul olurdu”.
Daha ətraflı Baku TV-nin süjetində:
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!