Dənizdə boğulmamaq üçün BUNU QƏTİYYƏN ETMƏYİN – VİDEObackend

Dənizdə boğulmamaq üçün BUNU QƏTİYYƏN ETMƏYİN – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-da araşdırma mərkəzinin hesabatlarına əsasən, çimərliklərdə boğulma hallarının 85 faizi sağında iki metr, solunda 1 metr məsafə olan ərazidə baş verir. Bu o deməkdir ki, boğulma halları olan zaman insanlar çox vaxt panikaya düşürlər”.

BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olan təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev bildirib.

“İnsan panikaya düşdükdə daha çox qüvvə sərf edir, bu zaman əzələlər tez yorulur. Əzələlər tez yorulan zaman insan yarım metrliyində belə suya çıxa bilmir.

Bu səbəbdən çimərlikdə olarkən panikaya düşmək lazım deyil. Bir şeyi bilmək lazımdır ki, sualtı axınlar insanları boğmur”, – deyə ekspert əlavə edib.