Şimali Kipr Türk Cümhuriyyətinin Qazimağusa şəhərində saat 15:00 radələrində dənizə girən 23 yaşlı şəhər sakini Mustafa Uba Məhəmməd dənizdə hərəkətsiz vəziyyətdə tapılıb.
Editor.az xəbər verir ki, ŞKTC DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, sahilə çıxarılan Məhəmməd həkimlərin müdaxilələrə baxmayaraq həyatını itirib.
Məhəmmədin ölüm səbəbi aparılan tibbi ekspertizadan sonra müəyyənləşəcək.
İstintaq davam edir.
//Samir Qurbanov, Editor.az

