Ötən gün Türkiyənin Balıkəsir vilayətinin Ərdek rayonunda sərinləmək üçün dənizə girən və daha sonra yoxa çıxan qadının, axtarış-xilasetmə əməliyyatları nəticəsində cansız bədəni tapılıb.
Erdek-Bandırma avtomobil yolunun üstündə yerləşən Edincik çimərliyində qadın cəsədi olduğu xəbərini alan axtarış xilasetmə qrupları əraziyə gedib.
Araşdırma zamanı meyitin iyulun 10-da tətilini keçirmək üçün gəldiyi Erdek Hərbi Düşərgəsi Bölgəsində dənizə girən və daha sonra yoxa çıxan 55 yaşlı təqaüdçü müəllimə Banu Şafak T-yə aid olduğu müəyyən edilib
Banu Şafak T-nin cəsədi aparılan müayinələrdən sonra tibbi ekspertiza üçün Bursa Ədliyyə Tibb Təşkilatı morüuna göndərilib.
//Samir Qurbanov, Editor.az

