Dənizlidə iki yol qəzasında 11 nəfər öldübackend

Dənizlidə iki yol qəzasında 11 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dənizlidə 16 saat fasilə ilə iki avtomobil qəzası baş verib. Bu qəzalarda 11 nəfər ölüb, 95 nəfər yaralanıb.

Editor.az bildirir ki, bu barədə “Hürriyət” qəzeti yazıb. “Dənizli şəhərində 7 nəfərin öldüyü, 42 nəfərin yaralandığı qəzadan 16 saat sonra daha bir qəza baş verib.

Minik avtomobili əvvəlcə avtobusa çırpılıb, daha sonra qarşıdan gələn zolağa çıxaraq mikroavtobusla toqquşub” – məlumatda deyilir. İstintaq davam edir, hadisənin bütün halları müəyyən edilir.

Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilib.

//Samir Qurbanov, Editor.az