Dənizlidə tailandlı turistləri daşıyan avtobus qəzaya uğradı, ölənlər varbackend

Dənizlidə tailandlı turistləri daşıyan avtobus qəzaya uğradı, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə turistləri daşıyan avtobus yol nişanına çırpılıb. Nəticədə sərnişinlər həlak olub. Fövqəladə vəziyyətin təfərrüatları barədə Tailandın Xarici İşlər Nazirliyi məlumat verib .

Qəzaya düşən avtobus bu ölkədən gələn turistləri daşıyıb.

Editor.az “Bangkok Post” qəzetinin məlumatına istinadən xəbər verir ki, 26 turisti daşıyan avtobus Dənizli vilayətində yol nişanına çırpılıb.

Bütün turistlər yaralanıb, onlardan ikisi sonradan ölüb. Bədbəxt hadisə nəticəsində bələdçi olduğu ehtimal edilən Türkiyə vətəndaşı da dünyasını dəyişib. Bütün yaralılar xəstəxanaya yerləşdirilib və bəziləri artıq evə buraxılıb.

//Samir Qurbanov, Editor.az