Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.
“Qaynarinfo”nun məlumatına görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovun müvafiq əmri ilə Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli vəzifəsindən azad edilib.
Aysel Kərimli başqa bir işə təyinat alıb.