Deputat: “Aprel zəfəri Vətən müharibəsini şərtləndirən amillərdən oldu”backend

Deputat: “Aprel zəfəri Vətən müharibəsini şərtləndirən amillərdən oldu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan silahlı birləşmələrinin Azərbaycana hücum etməsi və şanlı ordumuzun qələbəsi ilə nəticələnən Aprel müharibəsindən 5 il ötür. Aprel qələbəsi zamanı 2 min hektar ərazimiz işğaldan azad edildi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili bildirib ki, Aprel döyüşləri zamanı 300-dən yuxarı erməni əsgər və zabiti məhv edilib, 600-dən yuxarısı yaralanıb: “Qısa müddətli Aprel müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın bu qələbəsi Birinci Qarabağ müharibəsindən sonra ölkəmizin ən böyük zəfəri olmaqla yanaşı, 2-ci Qarabağ müharibəsindəki qələbəmizin müjdəsi idi. Aprel zəfəri Vətən müharibəsini şərtləndirən məsələlərdən oldu”.

Vüqar İskəndərov qeyd edib ki, Aprel döyüşlərindən sonra Ermənistanda bir təlatüm başlamışdı: “O dönəmdə bir sıra yüksək rütbəli zabitlər, əsgərlər həbs edildi. Ermənistan ordusu vahiməyə düşdü. Bu gün qürurla qeyd edə bilərik ki, Aprel döyüşləri 44 günlük zəfərimizin başlanğıcı idi. Nəhayət 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz sentyabrın 27-dən əks hücuma keçərək noyabr ayının 10-da Ermənistanı üçtərəfli bəyannaməni imzalamağa məcbur etdi. Bu Ermənistanın ağır məğlubiyyətinə gətirib çıxardı”.

//Gülnarə Abbasova, Editor.az