Deputat Bakıda aksiya keçirən qadınları tənqid etdi: “Haradadır bunların valideynləri, ailə tərbiyəsi?!”backend

Deputat Bakıda aksiya keçirən qadınları tənqid etdi: “Haradadır bunların valideynləri, ailə tərbiyəsi?!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda qadınlar aksiyası keçirməklə dünyada bizi biabır edirlər. Ayıb deyil zınqırovları da bağlayıb deyirlər ki, bizim namusumuzu küçəyə qoyublar, qadınların öldürürlməsi siyasidir?! Heç görmüsünüz, hansısa qadın siyasi səbəbdən öldürülsün?! Bu yaşa gəlmişəm, Azərbaycanda hansısa qadının siyasi motivlə öldürülməsi faktı ilə rastlaşmamışam. Belə hadisələr qeyrət-namus üstündə, məişət problemləri zəminində, təəssüf ki, baş verə bilir, amma siyasi olduğunun şahidi olmamışam”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat iddiaların yalan olduğunu bildirib: “Bu qədər yalan olmaz, özümüz özümüzü bütün dünyaya biabr edirik. Axı biz həmişə təkcə müsəlman dövləti kimi yox, həm də sivil dövləti kimi maddi mədəniyyətdən, qeyrətdən danışırıq. Başa düşürük, gənclik illərində fəallıq yaxşıdır, amma özümüzü belə biabır etməli deyilik, ən böyük nemətimiz qızlarımızın ismətidir. Azərbaycan böyük bir ailədir, ailəni isə bu şəkildə pozmaq olmaz”.

E.Quliyevin sözlərinə görə, Azərbaycan xanımları bir sıra hüquqlar barədə narahatlıq keçirə bilərlər, amma nəzərə almaq lazımdır ki, bura Avropa deyil: “Bilirsiniz ki, əslən Bakı kəndindənəm, bizim tərəflərdə bunun üstündə adam öldürürlər. Bəs haradadır bunların valideynləri, ailə tərbiyəsi?! Mənim 70 yaşım var, 2 nəfər arasında söhbət edəndə qızarıram, bunlar necə utanmırlar?! Bir dəfə Fransada bir xanımla söhbətləşirdik. Xanım dedi ki, ailəlidir, müəllim işləyir. Soruşdum ki, bəs burda neynirsən? Dedi həftəsonları pul qazanmaq üçün gəlirəm. Yəni oralarda bu mövzular artıq adi hal kimi qəbul edilir. Bir daha təkrar edirəm, Azərbaycan qızlarının isməti bizim üçün çox önəmlidir”.

Qeyd: Feminist fəallar Bakının mərkəzində 8 Mart Qadınlar Günündə aksiya keçiriblər. Aksiyanın təşkilatçıları bu yürüşü keçirməklə İstanbul Konvensiyasının qəbul edilməsini, qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını, qadınlara qarşı zorakılığın qarşısının alınması üçün effektiv tədbirlərin görülməsini tələb ediblər.