backend

Deputat: “Bu elə-belə, asan məsələ deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan çətin coğrafi mövqeyinə və regional gərginliyə rəğmən çox uğurlu xarici siyasət yürüdür və bu siyasət ilk növbədə ölkəmizdə sabitliyin qorunmasına xidmət edir”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın bu gün həm ABŞ-la, həm Rusiya ilə, həm də digər strateji və qonşu dövlətlərlə normal münasibətləri var:
“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursunun mahiyyətində milli maraqların qorunması dayanır. Hökumətimiz milli maraqlara söykənərək ən müxtəlif beynəlxalq dairələrlə yaxınlıq münasibətləri qura bilir. Heç şübhəsiz dünyanın bu qədər gərgin və çətin vaxtında belə bir siyasət yürütmək heç də asan deyil. Məhz elə bu səbəbdən beynəlxalq siyasətdə “Azərbaycan modeli” deyilən məfhuma rast gəlirik. Bir çox dövlətlər də ölkəmizin bu təcrübəsindən yararlanırlar. İstər terrora qarşı mübarizədə, istərsə tolerantlıq baxımından Azərbaycan dünyaya çox gözəl bir örnəkdir. Hesab edirəm ki, bu uğurlu xarici siyasət bizi daha böyük zirvələrə aparacaq və ölkəmizdə daim əmin-amanlığın, təhlükəsizliyin qorunmasına öz tövhəsini verəcək”.
 
// Editor.az